Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Nərmanov rayonu Bakıxanov qəsəbəsində, yaşayan 81 yaşlı iflic xəstəsi Müzəyyəm Əliyevanı yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları ehtiyac sahibi ailəyə əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar. Ailənin dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb.
Ailə üzvləri də öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.