Təhsil Fəaliyyətləri Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım GYF-də Gənclərlə Görüşüb

Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım GYF-də Gənclərlə Görüşüb

24

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım Gəncliyə Yardım Fondunun qonağı olub.

Qonağa fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verilib.

Fondun əməkdaşları və müxtəlif universitetlərdə təhsil alan BİGA tələbələri ilə görüşən Sərdar Yıldırım, “Kosmos bizə nə vəd edir?” adlı seminarla çıxış edib. O, bütün dünyanın diqqət mərkəzində olan kosmik yeniliklər və bu istiqamətdə aparılan işlər haqqında danışıb. O, eyni zamanda bu istiqamətdə bir çox uğurlara imza atmış və inkişaf etmiş dövlətlərlə rəqabətə girmiş Türkiyənin qardaş Azərbaycan dövləti ilə birlikdə bu sahədə əməkdaşlığa başladıqlarını da qeyd edib. Qonaq ona ünvanlanan sualları cavablandırıb.

Sonda isə Gənliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa xatirə hədiyyəsi təqdim edib və xatirə şəkli çəkdirilib.