T.C. Bakü Büyükelçisi Doç. Dr. Cahit Bağcı, Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım və Türkiyənin Azərbaycandakı bir sıra aparıcı dövlət təşkilatlarının nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qonaqlar öz növbələrində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.