Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İsdedadlı Gənclər Akademiyası təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “MUSİAD Azərbaycanın” şöbə müdiri Muhterem Özün təqdimatında “Yeni Dünya Quruluşunda Yerimiz” adlı seminar keçirilib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. Akademiyanın koordinatoru Şahalı Cəlilov proqram iştirakçılarını və qonağı salamlayaraq proqramla bağlı məlumat verib.
Muhterem Öz seminarda dünyanın rəqəmsallaşmasından, yeni dünya quruluşunun mahiyyətindən bəhs edib.
Daha sonra çıxış edən “MUSİAD Azərbaycanın” idarə heyyətinin sədri Tural Süleymanlı, “MUSİAD Azərbaycanın” fəaliyyətlərindən bəhs edərək, görülən işlər barəsində tələbələrə məlumat verib.
Seminarın sonunda tələbələr tərəfindən verilən suallar cavablandırılıb. Qonaqlara xatirə hədiyyəsi təqdim olunub və xatirə rəsimləri çəkilib.