İnsani Yardım GYF Həmrəylik Günü Münasibətiylə Şəhid və Qazi Ailələrini Ziyarət Etməyə Davam Edir

GYF Həmrəylik Günü Münasibətiylə Şəhid və Qazi Ailələrini Ziyarət Etməyə Davam Edir

20

Gəncliyə Yardım Fondunun nümayəndələri Abşeron rayonunda Vətən Müharibəsində iştirak edən şəhid və qazilərin ailələrini ziyarət edib. Abşeron Rayon İcra Hakimiyyətinin Veteranlar şöbəsinin təşəbbüsü ilə baş tutan xeyriyyə fəaliyyətində 225 şəhid və qazi ailəsi ziyarət edilib, onların problemləri dinlənib və Gəncliyə Yardım Fondu tərəfindən hər bir ailəyə ərzaq bağlaması təqdim edilib.  Ziyarət əsnasında Fond nümayəndələri bu ailələrin həyat şəraitləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid və qazilərimizin ailələrini mütəmadi olaraq ziyarət edir, humanitar yardımlar göstərir və imkan daxilində ehtiyaclarını qarşılamağa çalışır.