Təhsil Fəaliyyətləri Millət Vəkili Vüqar İskəndərov GYF-də Gənclərlə Görüşdü

Millət Vəkili Vüqar İskəndərov GYF-də Gənclərlə Görüşdü

12

25 dekabr 2021ci il tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə millət vəkili Vüqar İskəndərovun təqdimatənda “Gənclərlə Həmrəylik” adlı seminar keçirilib. Akademiyanın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq onlara mövzu və qonaq haqqında məlumat verib.

Daha sonra millət vəkili Vüqar İskəndərov gəncləri salamlayaraq onlarla həyat təcrübələrin bölüşüb və dövlətin gənclər siyasətindən danışaraq tələbələri məlumatlandırıb. Şəxsi təcrübələrini gənclərlə paylaşaraq uğura gedən yolda qarşılaşa biləcəkləri maneələr və onları aradan qaldırmağın yollarından bəhs edərək  gənclərə öz tövsiyyələrini verib. 44 günlük Vətən Müharibəsində məhz gənclərin böyük rolunun olduğunu vurğulayan Vüqar İskəndərov gələcəyin gənclərin üzərində qurulduğunu bildirib və bu yolda gənclərə uğurlar arzulayıb.

Daha sonra isə tələbələr tərəfindən verilən sualları cavablandırıb. Sonda hədiyyə təqdim olunaraq xatirə şəkili çəkilib.