Bakı İsdedadlı Gənclər Akademiyasının (BİGA) təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Alxan Şərifovun təqdimatında “Ümumi İlkin Tibbi Yardım” adlı seminar keçirilib. Seminarda müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib. Alxan Şərifov boğulma, qanaxma, yanma və özündən getmə hallarında ilkin tibbi yardımın necə göstərilməsindən bəhs edib. İlkin tibbi yardım prosesini tələbələrə praktiki şəkildə göstərən mütəxəssiz mövzu ilə əlqəli geniş məlumat verib. Daha sonra isə tələbələr tərəfindən verilən sualları cavablandırıb.
Qeyd edək ki, Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı mütəmadi olaraq seminarlar, mühazirələr, öz sahələrinin peşəkarına çevrilmiş insanlarla görüşlər, kitab müzakirələri həyata keçirilir.