Gəncliyə Yardım Fondunun prezindeti Ahmet Tecim və fondun əməkdaşları Azərbaycan Texniki Univeristetində keçirilən Azərbaycan-Türkiyə Diplomatik Əlaqələrinin 30 İlliyinə Həsr Olunan İdarəçi Rəhbərlərlə Tanışlıq layihəsi çərçivəsində Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı ilə görüşdə iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sukutla yad edilərək və Azərbacyan Respublikasının Dövlət Himni, ardınca Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib.
Azərbaycan Texniki Univeristetinin rektoru Prof. Vilayət Vəliyev cənab səfiri və tədbir işitakçılarını salamlayaraq görüşün əhəmiyyətini vurğulayıb. Prof. Vilayət Vəliyev Azərbaycanda müsbət yöndə, inkişafla başğlı baş verən siyasi-ictimai proseslərin birbaşa Türkiyə ilə bağlı olduğunu, 30 illik siyasi proses çərçivəsində yüzlərlə işlərin görüldüyünü və bu diplomatik əlaqələrin ən bariz nümunəsinin Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğunu göstərməsinin, dəstəyinin olduğunu qeyd edib.
Daha sonra çıxış edən Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı Azərbaycan-Türkiyə siyasi əlaqələrinin tarixi perspektivdən dəyərləndirib və 30 ildə baş verən əhəmiyyətli hadisələr haqqında fikirlərini bildirib. Cənab səfir ilk on illiyin bir təməl olduğunu və son iyirmi ildə iki dövlət arasındakı əlaqələrin yüksək səviyyədə həyata keçirilməsini dövlətlərin rəhbərləri cənah İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanla əlaqəli olduğunu qeyd edib. Hər iki dövlət başçısının mütəmadi olaraq bir-biri ilə məsləhətləşdiyini, Şuşa bəyənnaməsinə xüsusi dəqqət yetirilməsini və bu bəyannamənin gələcək fəaliyyətlər üçün açar rolu oynadığını də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Doç. Dr. Cahit Bağcı son olaraq ortaq mədəniyyətə və ədəbiyyata sahib olduğumuzu, bir ananın iki oğlu olmağımızı, bir millət iki dövlət idealogiyasını unutmamalı və bu istiqamətdə fəaliyyətlər göstərməli olduğumzu qeyd edib.
Tədbirin sonunda Azərbaycan-Türkiyə Diplomatik Əlaqələrinin 30 İlliyini özündə ehtiva edən foto sərgisinə nəzər yetirilib və xatirə fotoları çəkilib.