Sosial Fəaliyyətlər “Milli Texnologiya Həmləsindən Ortaq Texnologiya Həmləsinə” Adlı Vebinar Keçirildi

“Milli Texnologiya Həmləsindən Ortaq Texnologiya Həmləsinə” Adlı Vebinar Keçirildi

18

2 fevral 2022-ci il tarixində Gəncliyə Yardım Fondu, Azərbaycan Texniki Universiteti və Türkiyənin T3 Vəqfinin birgə təşkilatçılığı ilə “Teknofest: Milli Texnologiya Həmləsindən Ortaq Texnologiya Həmləsinə” adlı vebinar keçirilib. Tədbirin moderatoru Rüfət Şirinov vebinar iştirakçılarını salamlayıb, “Gənclər günü” münasibəti ilə bütün gəncləri təbrik edib və çıxış üçün sözü Azərbaycan Texniki Universitinin Rektoru Vilayət Vəliyevə verib.

Vilayət Vəliyev də öz növbəsində Azərbyacanda keçiriləcək Texnofestin əhəmiyyətini, gənclərin texnologiya sahəsinə olan marağını və Azərbaycan Texniki Universitetinin gənclərin bu sahədə yetişdirilməsindəki fəaliyyətləri haqqında çıxış edib.  

Daha sonra Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Doç.Dr Cahit Bağcı Türkiyənin texnologiya sahəsindəki gördüyü işlərin sadəcə Türkiyə üçün deyil, Azərbaycan  üçün də olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Seminarda iştirak edən vəkili Fazil Mustafa Azərbaycan Gənclərinin “Texnofest Azərbaycanda” fəal iştirakının mühim olduğunu, eyni zamanda hər iki dövlətin artan gücünün və ortaq fəaliyyətinin  bütün sahələrdə özünü göstərdiyini bildirib.

Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli nazirliyinin bu sahəyə göstərdiyi diqqəti, Azərbaycan Türkiyə münasibətlərinin təhsil sahəsindəki inkişafını və bu sahədə atılacaq addımlar haqqında vebinar iştirakçılarını məlumatlandırıb.

Gəncliyə Yardım Fondunun Prezdenti Ahmet Tecim gəncləri əvvəlcə “Gənclər günü” münasibəti ilə təbrik edib, daha sonra Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafını ve Texnofestin Azərbaycanda keçirilməsinin gənclərin bu yöndə bilik və bacarıqlarının artmasında böyük rol oynayacağını qeyd edib.

Sonda çıxış edən T3 Vəqfinin müdiri və Texnofest Baş katibi Ömer Kökçam Tükiyədə 2018-ci ildən keçirilən Texnofestin Türkiyə Milli Texnologiya Həmləsinə qatdığı dəyəri və bu sahəyə marağı olan gənclərin kəşf edilərək üzə çıxarılmasındakı rolunu qeyd edib. Bu sahədə yaş məhdudiyyətinin olmadığını, proqram məktəblilərin belə müxtəlif və maraqlı layihələrlə iştirak etdiyini bildirib. Texnofestin ilk dəfə ölkə sərhədlərindən kənarda dost və qardaş Azərbaycanda keçirilməsinin Azərbaycanlı gənclər üçün də fürsət olduğunu dilə gətirib və gəncləri bu sahədə daha da aktiv iştiraka səsləyib. Ömer Kökçam öz növbəsində həm Gəncliyə Yardım Fonduna, həm də Azəraycan Texniki Universitetinə təşəkkür edib və vebinarın sonda iştirakçıların verdiyi sullar cavablandırılıb.