Mətbuatda GYF Rəhbərliyi Türkiyə Məzunları ilə Səlcuk Bayraktarın Görüşündə İştirak Edib

GYF Rəhbərliyi Türkiyə Məzunları ilə Səlcuk Bayraktarın Görüşündə İştirak Edib

18

Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığının və Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformunun təşkilatçılığı ilə “Azərbaycan Türkiyə Məzunları ilə Səlcuk Bayraktarın Görüşü” baş tutub.

Selçuk Bayraktar Azərbaycanda Türkiyə məzunları ilə görüşərək Milli Texnologiya Həmləsi haqqında danışıb.

Tədbirdə Qarabağ müharibəsi şəhidlərinin ailələri və yaxınları fəxri qonaq qismində iştirak edib.

Səlçuk Bayraktardan başqa, Türkiyə Respublikasının Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır, YTB-nin prezidenti Abdullah Eren, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı, Baykar-ın baş direktoru Haluk Bayraktar və Azərbaycanlı Türkiyə məzunları tədbirdə iştirak ediblər.