Mətbuatda GYF Əməkdaşları “Gənclər Təşkilatlarının Beynəlxalq Təşkilatlarda İştirakçılıq Və Təmsilçiliyinin Artırılması” Mövzulu Müzakirədə...

GYF Əməkdaşları “Gənclər Təşkilatlarının Beynəlxalq Təşkilatlarda İştirakçılıq Və Təmsilçiliyinin Artırılması” Mövzulu Müzakirədə İştirak Edib

22

18 fevral 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyevlə görüşdə iştirak ediblər.

Görüş çərçivəsində Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Gənclər təşkilatlarının beynəlxalq təşkilatlarda iştirakçılıq və təmsilçiliyinin artırılması” mövzusunda çışıb edib və daha sonra isə qeyd edilən mövzu ətarında müzakirələr aparılmış və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab Yalçın Rəfiyev tərəfindən cavablandırılıb.