Sosial Fəaliyyətlər “Xocalı Soyqırımı Beynəlxalq İctimaiyyətin Gözü İlə” Adlı Konfrans Keçirildi

“Xocalı Soyqırımı Beynəlxalq İctimaiyyətin Gözü İlə” Adlı Konfrans Keçirildi

52

24 fevral 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ülvi Müzəffərli Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlqədar ADA universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, ADA universiteti, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə”  adlı konfransda iştirak ediblər.

NAYORA-nın Baş Katibi Ramin Həbibzadənin moderatorluğunu etdiyi konfrans Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktorun müavini Qədir Xəlilov, ADA Universitetinin dekanı Anar Vəliyev və NAYORA-nın sədri Azər Əliyevin çıxışları ilə işinə başlayıb.

Konfransın ikinci hissəsində isə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş Şöbəsinin müdiri Faiq Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şöbə müdiri Toğrul Məmmədli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş Katibi Orduxan Qəhrəmanzadə və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İcraçı direktoru Rafael Hacıbəylinin iştirakı ilə panel müzakirəsi baş tutub.

Qeyd edək ki, ölkəmizdə yaşayan 50-dən çox əcnəbi gəncin, ölkə xaricində təhsil alan azərbaycanlı gənclərin və üzv təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransın əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.