Sosial Fəaliyyətlər GYF-də Şəhid Və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

GYF-də Şəhid Və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

43

Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar süfrəsi Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bütün qonaqları salamlayaraq mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqalədə və səaliyyətli səfiri Doç. Dr. Cahit Bağcı Azərbaycan Türkiyə arasındakı qardaşlıq münasibətlərinin böyüklüyünə və gücünə Vətən Müharibəsində bir daha şahidlik edildiyini deyib. Tədbirdə iştirak edən bütün şəhid ailələrinə başsalığı verib, qazilərə isə Allahdan şəfa diləyib. İşğaldan azad edilən torpaqlarımızın məhz onların canı və qanı bahasına işğaldan azad edildiyini bildirib.

Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli  Gəncliyə Yardım Fondunun hər zaman şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, bu kimi fəaliyyətlərini davamlı olduğunu vurğulayaraq yüksək qiymətləndirdiyi bildirib.

Daha sonra çıxış edən  General-leytenant Yaşar Aydəmirov fond rəhbərliyinə belə iftar süfrələrini təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O həmçinin öz çıxışında Qarabağ torpaqlarında canlarını fəda etmiş igid, mərd övladlar yetişdiklərinə görə şəhid analarına təşəkkürünü bildirib.

Səmayə Həşimova eyni zamanda Türkiyə Cümhuriyyətinin rəhbərliyinə və xalqına Vətən Müharibəsində Azərbaycan xalqının yanında olduqlarına və dəstəklərini əsirgəmədiklərinə görə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən şəhid ailələrinə ərzaq paketləri verilib.