Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Balaken rayonunda yaşayan 7 yaşlı fiziki qüsurlu Ayaz Məmmədovu yaşadığı ünvanda ziyarət ediblər. Fond əməkdaşaları ehtiyac sahibi ailənin müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Ailənin dediyinə görə fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.