Təhsil Fəaliyyətləri “Rəhbər Elm Adamları” Uşaq Kitabı Seriyasının Təqdimatı Keçiriləcək

“Rəhbər Elm Adamları” Uşaq Kitabı Seriyasının Təqdimatı Keçiriləcək

6

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) birgə təşkilatçılığı ilə “Hər uşaq bir çinardır” layihəsi çərçivəsində İpəkyolu nəşriyyatında 10 adda “Rəhbər elm adamları” adlı uşaq kitabı seriyası nəşr edilib.

“Rəhbər elm adamları” uşaq kitabı seriyasında elm və mədəniyyətimizə töhfələr vermiş Nəsrəddin Tusi, Əziz Sancar, İbn Sina, Həzərfən Əhməd Çələbi, Ağşəmsəddin, İbn Batuta, Uluqbəy, Əl-Xarəzmi, Cəzəri, Cabir ibn Həyyan kimi alimlər yer alır.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu və F. Köçərli adına Respublika Uşaq Kitabxanasınının birgə təşkilatçılığı ilə “Rəhbər elm adamları” uşaq kitabı seriyasının tezliklə təqdimat mərasimi keçiriləcəkdir.