Mayın 11-ində Gəncliyə Yardım Fondunda 3 saylı Asan Xidmət Mərkəzinin könüllüləri ilə görüş keçirilib. Əvvəlcə araşdırmaçı-yazar Dr. Eldar Kərimovun təqdimatında “Xoşbəxtlik psixologiyası” mövzusunda təlim keçirilib.
Gəncliyə Yardım Fondunun fəaliyyətlərini əks etdirən video çarx münayiş etdirilib.
Daha sonra Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 3 saylı Asan Xidmət Mərkəzinin Könüllüləri ilə milli-mənəvi mədəniyyətimizdə, tariximizdə könüllülük və xeyriyyəçilik ənənəsi haqqında çıxış edib.
Görüşün sonunda Fond tərəfindən könüllülərə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.






