1 İyun Uşaqların Beynəlxalaq Müdafiəsi Günü münasibəti ilə Gəncliyə Yardım Fondunun nümayəndələri Ümid Yeri Uşaq Sığınacağını ziyarət ediblər. Fond əməkdaşları sığınacaqda olan uşaqlarla görüşüb, onlara bir-birindən maraqlı uşaq ədəbiyyatı və müxtəlif hədiyyələr təqdim ediblər.
Ümid Yeri Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova da öz növbəsində fondun xeyriyyə fəaliyyətlərini yüksək qiymətləndirib və Fond rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu mütəmaadi olaraq uşaq evlərinə, ehtiyac sahibi insanlara və qocalar evinə ziyarətlər təşkil edir, onların problemləri ilə yaxından tanış olur və imkan daxilində problemlərin həllinə çalışır.