Türiyənin Muş Alparslan Universitetinin rektoru Prof.Dr Fethi Ahmet Polat Gəncliyə Yardım Fondunu qonağı olub. Qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondunun həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri həqqında məlumat verib.
Qonaq da öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib və foto çəkilib.