Sosial Fəaliyyətlər GYF-nin Şəhid və Qazi Ailələrinə Dəstəyi Davam Edir

GYF-nin Şəhid və Qazi Ailələrinə Dəstəyi Davam Edir

8

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Abşeron rayonunun Güzdək qəsəbəsində yaşayan 27 yaşlı anadan gəlmə iflic xəstəsi Samir Əliyevi yaşadığı ünvanda ziyarət ediblər.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailənin müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar. Qeyd edək Samir Əliyəv vətən müharibəsi qazisi olan Əkrəm Əliyevin qardaşıdır.

Ailənin ‎dediyinə görə fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də  öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.