Sosial Fəaliyyətlər GYF “Əmanətə Sahib Çıx” Xeyriyyə Layihəsi Çərçivəsində  Şəhid Övladlarını Sevindirdi

GYF “Əmanətə Sahib Çıx” Xeyriyyə Layihəsi Çərçivəsində  Şəhid Övladlarını Sevindirdi

47

Bu gün, Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 18-21 may tarixləri arasında keçirilən Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Əmanətə Sahib Çıx”  adlı ənənəvi XVIII əl işləri Xeyriyyə Sərgisinin yekun mərhələsi olan hədiyyələrin təqdimat mərasimi keçirilib.

“26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri” gününə həsr edilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib.

Gəncliyə Yardım Fondunun rezidenti Ahmet  Tecim, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və millət vəkili Anar İsgəndərov çıxış edərək şəhidlərimizin vətən uğrunda canlarını qurban verərək göstərdikləri şücaətdən bəhs edib və onların övladlarına gələcək həyatlarında uğurlar arzulayıblar.

Daha sonra “Əmanətə Sahib Çıx!” layihəsi çərçivəsində keçirilən xeyriyyə sərgisindən əldə olunan vəsaitlə ilkin mərhələ olaraq 17-i qız, 15-i oğlan uşağı olmaqla 32 şəhid övladına velosipedlər təqdim edilib.

Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə baş tutan xeyriyyə sərgisindən əldə olanan vəsaitlə bir çox xeyriyyə layihələri həyata keçirilir.