26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.
Gəncə şəhərində şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk Gəncə Şəhər İcra Hakiminin müavini Səməd Tomuyev, TİKA Bakı Koordinatoru Fatih Yılmaz, Türkiyə Cümhuriyyəti Din Hizmetleri Müşaviri Zeki Yavuzyılmaz, ATİP Başqanı Cemal Yangın, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, elm və mətbuat xadimləri, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər.
Daha sonra şəhid ailələri ilə görüş keçirilib və görüşdə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 18-21 may tarixləri arasında keçirilən Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Əmanətə Sahib Çıx” adlı ənənəvi XVIII əl işləri Xeyriyyə Sərgisi layihəsi çərçivəsində 25 şəhid övladına velosiped hədiyyə edilib.
Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə baş tutan xeyriyyə sərgisindən əldə olanan vəsaitlə bir çox xeyriyyə layihələri həyata keçirilir.