Təhsil Fəaliyyətləri Rayonlarda “Hər Uşaq Bir Çinardır!” Layihəsi Təqdim Edildi

Rayonlarda “Hər Uşaq Bir Çinardır!” Layihəsi Təqdim Edildi

24

19-20 iyul 2022-ci il tarixində İsmayıllı Tələbə Evinin, Şəki İslam Kollecinin və Əliabad İslam Kollecininin Yay Düşərgələrində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizim Nazirliyi, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi və Gəncliyə Yardım Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən milli-mənəvi dəyərlərin gənc nəsillərə çatdırılması məqsədilə “Hər Uşaq Bir Çinardır!” layihəsi çərçivəsində uşaqlarla görüş keçirilib.

Fondun əməkdaşı Qoşqar Abbasovun layihə haqqında uşaqlara məlumat verib və təqdimat  mərasimində yay düşərgələrinin uşaqları, müdavimləri və müəllimləri iştirakak edib. Təqdimat zamanı uşaqlara Gəncliyə Yardım Fondu tərəfindən “Hər Uşaq Bir Çinardır!” layihəsi çərçivəsində hazırlanan “Rəhbər Elm Adamları” uşaq kitabları seriyasından kitablar hədiyyə edilib.

Qeyd edək ki, “Hər Uşaq Bir Çinardır!” layihəsi çərçivəsində hazırlanan 11 adda rəhbər elm adamları uşaq kitabı seriyası dünya elminə öz elmi kəşfləri ilə dəyərli töhfələr verən Türk-müsəlman alimləri olan Əziz Sancar, Xarəzmi, Cəzəri, Nəsrəddin Tusi, İbn Sina, İbn Batuta, Cabir bin Hayyan, Uluqbəy, Ağşəmsəddin, Həzərfan Əhməd Çələbi və Səlcuk Bayraktarın həyat və yaradıcılığına həsr edilib.