10 sentyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Eldar Kərimov və Qoşqar Abbasov QALA Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Almas Yıldırımın 115 illiyinə həsr olunmuş “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabın təqdimatında işitrak edib. Millət vəkilləri, icra hakimləri, yazıçılar, şairlər, elm və sənət adamları, həmçinin Almas İldırımın qohumlarının iştirak etdiyi təqdimatda şairin keçidiyi ömür yolu haqqında ətraflı məlumatlar verilib, Azərbaycan və Türkiyədəki poetik fəaliyyəti ilə bağlı çıxışlar edilib, şeiləri səsləndirilib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın və fəlsəfə üzrə fəlsəfə doktoru dosent Faiq Ələkbərli ilə birgə hazırladığı kitabda Almas İldırımın həyatı, yaradıcılığı və şeilərindən nümunələr yer alıb. Kitab həm Azərbaycan, həm də Türk dilində nəşr edilərək dövlət və universitet kitabxanalarına, müxtəlif elmi qurumlara bağışlanıb.