İnsani Yardım GYF-nin Xeyirxah Addımları Davam Edir

GYF-nin Xeyirxah Addımları Davam Edir

19

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Bakı şəhəri Binəqədi rayonunda yaşayan 30 yaşlı iflic xəstəsi Elnurə İsmayılovanı yaşadığı ünvanda ziyarət ediblər.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailənin müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailənin ‎dediyinə görə fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də  öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.