Sosial Fəaliyyətlər Türkiyə Cumhuriyyətinin Yeni Təyin Olunmuş Bakı Təhsil Müşaviri GYF-nin Qonağı Olub

Türkiyə Cumhuriyyətinin Yeni Təyin Olunmuş Bakı Təhsil Müşaviri GYF-nin Qonağı Olub

20

Türkiyə Cumhuriyyətinin Bakı Təhsil Müşaviri Ali Rıza Altunel Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonağa fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Ali Rıza Altunel bəy də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda xatirə fotosu çəkilib.‎