Təhsil Fəaliyyətləri BİGA-da “Milli-Mənəvi Dəyərlər Fonunda Gənclik” Adlı Seminar Keçirilib

BİGA-da “Milli-Mənəvi Dəyərlər Fonunda Gənclik” Adlı Seminar Keçirilib

7

Oktyabrın 15-də Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirakı ilə Əziz Mahmud Hüdayi Vəqfinin təhsil şöbəsinin əməkdaşı Fatih Karaburçun təqdimatında “Milli-mənəvi dəyərlər fonunda gənclik” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Daha sonra Fatih Karaburç çıxış edərək Azərbaycan gəncliyinin öz milli-mənəvi dəyərlərinə sadiq qalaraq inkişaf etdiyini qeyd edib. O, gənclərə Hz. Yusifin timsalında özlərini inkişaf etdirmələrini, daim irəli baxmalarını tövsiyə edib. Fatih Karaburç Hz. Yusifin bütün çətinliklərə baxmayaraq öz mənəvi dəyərlərindən imtina etməməsini, daim inamını qorumasını, ədalət və mərhəmət prinsiplərinə hər zaman riaət etməsini gənclərə nümunə göstərib və uğurun məhz bu formuldan ibarət olduğunu bildirib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.