İnsani Yardım Saatlıda “Şəhidlər Ölməz, Vətən Bölünməz” Adlı Anım Mərasimi Keçirilib

Saatlıda “Şəhidlər Ölməz, Vətən Bölünməz” Adlı Anım Mərasimi Keçirilib

16

15 oktyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndələri, DATÜB-ün və Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə Saatlı rayonunda keçirilən anım mərasimində iştirak edib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov, Vətən İctimai Birliyinin sədri və  DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Ali Rıza Altunel və birinci Qarabağ müharibəsi , həmçinin Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak edib.

Qeyd edək ki, Vətən İctimai Birliyinin müraciəti əsasında Gəncliyə Yardım Fondu tərəfindən şəhid ailələri və qazilərə ərzaq bağlamaları paylanılıb.