Təhsil Fəaliyyətləri BİGA-da “Səmərəli Təqdimatın Hazırlanması” Adlı Seminar Keçirilib

BİGA-da “Səmərəli Təqdimatın Hazırlanması” Adlı Seminar Keçirilib

10

Oktyabrın 22-də Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondununun H. Z. Tağıyev adına konfrans zalında Fondun Təhsil İnkişaf Mərkəzinin rəhbəri f.f.d. Rüfət Şirinovun təqdimatında “Səmərəli təqdimatın hazırlanması” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı və tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən i.f.d. Rüfət Şirinov səmərəli təqdimatın hazırlanma metodları haqqında öz təcrübəsini seminar iştirakçıları ilə bölüşüb. Natiq təqdimatın ilkin hazırlığının təqdimata ciddi təsir göstərdiyini, bu səbəblə də mərhələli və planlı şəkildə hazırlığın vacib olduğunu bildirib. Səmərəli təqdimatın hazırlanmasında iştirakçıların kimlər olduğunu və təqdimatının məqsədinin nə olduğunun, harada keçiriləcəyinin nəzərə alınmasının əhəmiyyətini xüsusi olaraq qeyd edib.

Görüşün sonunda seminar iştirakçılarının sualları cavablandırılıb və xatirə fotosu çəkilib.