Sosial Fəaliyyətlər GYF-nin İdarə Heyəti KKTC-nin Təmsilçisi Ufuk Turganerlə Görüşüb

GYF-nin İdarə Heyəti KKTC-nin Təmsilçisi Ufuk Turganerlə Görüşüb

24

Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yenidən təyinat almış Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganeri ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Ufuk Turganer Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. 

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçiliyinin hər zaman iki dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığını, iki dövlətin gəncləri arasında sıx münasibətlərin formalaşmasında böyük tövhələr verdiyini bildirən Ahmet Tecim də öz növbəsində Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganeri yeni iş təyinatı münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çay süfrəsi ətrafında davam edən səmimi görüşdən sonra xatirə şəkili çəkilib.