Təhsil Fəaliyyətləri BİGA-da Gələcəyə Yön Verən Gənclik Adlı Seminar Keçirildi

BİGA-da Gələcəyə Yön Verən Gənclik Adlı Seminar Keçirildi

32

Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türkiyə Cümhuriyyətinin Bakı Təhsil Müşaviri Ali Rıza Altunelin təqdimatında “Gələcəyə yön verən gənclik” adlı seminar keçirilib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. BİGA-nın koordinatoru Şahalı Cəlilov əvvəlcə qonağı və tədbir iştirakçılarını salamlayaraq akademiyanın indiyədək gördüyü fəaliyyətləri, həmçinin gələcəkdə planlaşdırılan layihələri haqqında ətraflı məlumat verib.

Daha sonra Ali Rıza Altunel təhsil sahəsindəki öz dərin təcrübəsini seminar iştirakçıları ilə bölüşüb. Ali Rıza Altunel gəncliyin bir xəzinə qədər dəyərli olduğunu, sağlam gələcəyin gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsindən, həyatlarını cəmiyyətə faydalı olmaq prinsipi ilə istiqamətləndirməsindən aslı olduğunu qeyd edib. O, daim oxuyan, öyrənən, elm və texnologiya sahəsində yeni axtarışlar edən, mədəniyyətinə sahib çıxan gəncliyin məhz gələcəyə yön verən gənclik olduğunu vurğulayıb.

Seminarın sonunda Ali Rıza Altunel tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb və xatirə fotosu çəkilib.