Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 Günlük Qarabağ Zəfərinə həsr olunmuş “Qardaş Ölkələr” adlı foto və rəsm sərgisi keçirilib. Sərgidə Suraxanı Rayon İcra hakimi Əziz Əzizov, Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer, Vətən müharibəsi şəhidlərinin valideynləri, qazilər, elm və incəsənət xadimləri iştirak edib.
Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilovun iştikrak etdiyi tədbir əvvəlcə dövlət rəsminlərinin çıxışları ilə başlayıb və bədii hissə ilə davam edib. Daha sonra Elnurə və Aygün İsgəndərovaların layihə rəhbəri olduğu sərgidə Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyinin Təhsil və Mədəniyyət Ataşesi tanınmış fotoqraf Tevfik Ulualın və Suraxanı gənclərinin rəsm əsərləri sərgilənib.