Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulu Zeki Öztürk Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Baş konsul Zeki Öztürk Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulu Zeki Öztürk fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib.