İnsani Yardım Zəfər Günü Münasibətilə GYF-dən Xeyirxah Addım

Zəfər Günü Münasibətilə GYF-dən Xeyirxah Addım

16

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Masallı rayonu icra başçısı Araz Əhmədovun məlumatı ilə Kolatan kəndində yaşayan 68 yaşlı iflic xəstəsi Səkinə Abışovanı və Saatlı rayonu Fətəli kəndində yaşayan 32 yaşlı Türkan Sərdarovanı yaşadığı ünvanlarında ziyarət ediblər.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələrə müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Hər iki ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabaları onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də  öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.