Sosial Fəaliyyətlər Zəfər Günü Münasibətilə Azərbaycanda Olan Türkiyəli Qazilər GYF-nin Qonağı Olub

Zəfər Günü Münasibətilə Azərbaycanda Olan Türkiyəli Qazilər GYF-nin Qonağı Olub

16

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət edib. Fondun H.Z. Tağıyev konfrans zalında qonaqlar üçün şam yeməyi təşkil edilib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Tədbirdə çıxış edən Fondun prezdenti Ahmet Tecim qonaqlara GYF-nin fəaliyyətləri haqqında geniş məlumat verib. O, bildirib ki, Fond tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq diqqət və qayğı göstərilir.

Türkiyə Respublikasının hərbyönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri general-polkovnik Erdoğan Karakuş, Hamza Dürgen,  Beyazıt Yumuk və Mustafa Işık çıxış edib. Onlar da öz növbəsində bu tədbiri təşkil edən Fond rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Sonda çıxış edən SHXÇDX-nin idarə rəisi polkovnik Şaiq Məmmədov da Gəncliyə Yardım Fondunun rəhbər və kollektivinə öz dərin təşəkkürünü bildirib, Azərbaycan və Türkiyənin dostluğunun əzəldən gəlib əbədi olduğunu və həqiqi qardaşlığın vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olması ilə göründüyünü qeyd edib.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib.