Noyabrın 19-də Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında təqdimatında Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin təqdimatında “Azərbaycanın Türk Dünyasında Yeri” adlı seminar keçirilib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Daha sonra TUDİFAK-ın dekanı Prof. Dr. Mehmet Yüce Azərbaycan və Türkiyənin əlaqələrinin böyük tarixi olduğunu və müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələrin bütün müstəvilərdə davam etdiyini qeyd edib. Prof. dr. Mehmet Yüce iki qardaş ölkənin münasibətlərinin “Vətən Müharibəsi” zamanı dünya arenasında bərqərar olduğunu bildirib. O, həmçinin Azərbaycan və Türkiyənin gələcək iqtisadi və siyasi əlaqələrinin patensialından bəhs edib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotoları çəkilib.