Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun H.Z. Tağıyev adına konfrans zalında millət vəkili Ceyhun Məmmədovun təqdimatında “Müasir Gənclik və Milli-mənəvi Dəyərlərimiz” adlı seminar keçirilib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib.
Daha sonra millət vəkili Ceyhun Məmmədov milli-mənəvi dəyərlərə sahib çıxmağın gənclərin gələcək həyatlarında çox vacib olduğunu bildirib. Qeyd edib ki, sağlam və milli-mənəvi dəyərlərə sahib çıxan cəmiyyətin formalaşmasında gənclər mühim rol oynayır.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotoları çəkilib.