Sosial Fəaliyyətlər “Şuşa ili”nə həsr edilmiş “Mənim Qəhrəmanım” Adlı İnşa Müsabiqəsinin Mükafatlandırılma Mərasimi Keçirilib

“Şuşa ili”nə həsr edilmiş “Mənim Qəhrəmanım” Adlı İnşa Müsabiqəsinin Mükafatlandırılma Mərasimi Keçirilib

65

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun H.Z.Tağıyev adına konferans zalında “Şuşa İli”nə həsr edilmiş “Mənim qəhrəmanım” adlı inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Millət vəkilləri Jalə Əhmədova, Anar İsgəndərov, Ceyhun Məmmədov, Vuqar İskəndərov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Türkiyə Cümhuriyyətinin Bakı Təhsil Müşaviri Ali Rıza Altunel və Din Xidmətləri Müşaviri Zeki Yavuz Yılmaz, KKTC-nin Təhsil və Mədəniyyət Müşaviri Tevfik Ulual, MUSİAD Azərbaycanın icraçı katibi Muhterem Öz və idarə heyətinin üzvü Sait Yinanç, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu, QHT və media nümandələri iştirakı edib.

Vətən Müharibəsinin şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilərək, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşı səsləndirilib və mükafatlandırıla mərasiminin rəsmi hissəni açıq elan edilib. Daha sonra layihənin məqsədi və gedişatı haqqında məlumat verilib.

Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov çıxış edərək məktəblilərin yazdıqları inşaları yüksək qiymətləndirib və gəlcəyimiz olan bu şagirdləri vətənpərvər ruhda yetişdirən  müəllim və valdiyinlərə təşəkkür edib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbir iştirakçılarına təşəkkür edib. O, bildirib ki, müsabiqədə tutduqları yerdən aslı olmayaraq hər bir iştirakçı təşkilatçılar tərəfindən qalib olaraq qiymətləndirilir və onların hər biri bizim üçün bir incidir.  

Daha sonra millət vəkilləri və qonaqlar çıxış edərək tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Münsiflər heyəti adından çıxış edən İntiqam Yaşar və Əntiqə Qasımova bütün işlərin müsabiqənin nizamnaməsinə uyğun və obyektiv dəyərləndirildiyini qeyd edərək hər bir iştirakçıya uğurlar arzulayıblar. 

Daha sonra mükafatlandırma mərasiminə baş tutub. İlk olaraq müsabiqənin münsiflər heyətinə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Bundan sonra müsabiqədə fərqlənən və qalib şagirdlərə sertifkat və müxftəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 100-dən çox inşanın yer aldığı müsabiqədə I Kateqoriya üzrə birinci yerin qalibi Könül Budaqova, ikinci yerin qalibi Songül Allahverdiyeva, üçüncü yerin qalibi Fatimə Fərhadova, II Kateqoriya üzrə birinci yerin qalibi Namiq Priyev, ikinci yerin qalibi Fidan Həmidova və üçüncü yerin qalibi Fərhadov Ömərfərrux olub.