Sosial Fəaliyyətlər Bakı Avrasiya Universitetində Qloballaşma Dövründə Milli-Mənəvi Dəyərlərin Qorunması Adlı Tədbir Keçirilib

Bakı Avrasiya Universitetində Qloballaşma Dövründə Milli-Mənəvi Dəyərlərin Qorunması Adlı Tədbir Keçirilib

50

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən Bakı Avrasiya Universitetində Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni canlı səsləndirilib. Daha sonra vətənimiz azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bakı Avrasiya Universitetinin Rektor köməkçisi Şəfayət Əliyev tələbələri salamlayaraq tədbiri açıq elan edib. O, belə marifləndirici tədbirilərin gənclərin həyatında mühim rol oynadığını qeyd edib.

 “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışıb. Milli dövlətçilik və milli-mənəvi dəyərlərin vacibliyindən söz açan Çingiz Bayramov xalqımızın bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bildiyini diqqətə çatdırıb.

Tədbirdə İlahiyyat İnstitunun İslamşünaslıq Kafedrasının müdiri Dr. Əhməd Niyazov, Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Dr. Eldar Kərimov, DİNİB-in İdarə Heyətinin üzvləri Vidadi Məmmədov və Günay Hacıyeva çıxış ediblər.  

Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərinin inkişafının, milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinin, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.