Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında 31 dekabr Dünya Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Bilik Yarışı” keçirilib.
Hər raundda 15 sual olmaqla 3 raundda keçirilən yarışda 5 komanda – “Üfüq”, “Mübariz İbrahimov”, “Köhnə Bakı”, “İstiqlal”, “Çinar” komandları iştirak edib. Bilik yarışı müddətində 45 suala verilən doğru cavablara görə komandalar mükafatlandırılıb və “Çinar” komandası yarışmanın qalibi olub.
Qeyd: Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bilik yarışında II yeri “Üfüq”, III yer “İstiqlal”, IV yeri “Köhnə Bakı”, V yeri “Mübariz İbrahimov” komanları qazanıb.