Sosial Fəaliyyətlər “Ənənəvi Oxçuluq Məktəbi” Layihəsi Silsilə Təlimlərə Davam Edir

“Ənənəvi Oxçuluq Məktəbi” Layihəsi Silsilə Təlimlərə Davam Edir

22

Gəncliyə Yardım Fondu və Bakı Şəhər Gənclər İdman və Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər 36 N-li tam orta məktəbdə “Ənənəvi Oxçuluq Məktəbi” layihəsinin növbəti təlimi baş tutub.

Məktəblilərə Türkiyənin Etnospor Təcrübə Mərkəzində təlim almış Bəhram Sadiqov oxçuluğun tarixi, türk mədəniyyətində yeri və rolu, oxçuluq idman növü barədə geniş məlumat verib. Daha sonra  təlim iştirakçılarına oxatmanın sirlərini izah edib.

Qeyd edək ki, “Ənənəvi Oxçuluq Məktəbi” il ərzində Bakı şəhərində yerləşən müxtəlif orta ümumtəhsil məktəblərində davam edəcəkdir.