21 yanvar 2023-cü il tarixində Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyatdin Kassanov və idarə heyətinin üzvləri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında DATÜB nümayəndələri Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir ilə görüşüb.
Cənab Sedat Demir bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyatdin Kassanov və idarə heyətinin üzvləri fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə fotoları çəkilib.