Sosial Fəaliyyətlər “Anadoludan Qarabağa Zəfər Yürüyüşü” iştirakçıları Gəncədə Səfərdə Olub

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü” iştirakçıları Gəncədə Səfərdə Olub

58

Beynəlxalq Gənc Dərnəyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliği və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Anadoludan Qarabağa Zəfər Yürüyüşü” lahiyəsinin iştirakçıları Gəncəyə səfər ediblər.

Səfər əsnasında əvvəlcə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüş keçirilib. Görüşdə qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfalar dilənilib və Azərbaycan-Türkiyə qardaşlığına, “bir millət, iki dövlət” şüarının hər zaman hakim olduğuna diqqət çəkilib. Daha sonra gənclər Qafqaz İslam Ordusunun komandiri, Azərbaycan Cümhuriyyətinin azadlığını təmin etməsində böyük payı olan Nuru Paşanın Gəncədə qaldığı evi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, Vətən müharibəsi zamanı Gəncəyə atılmış roketlər nəticəsində dağıdılmış əraziləri və bu terrorun qurbanlarının xatirəsinin əbədiləşdirildiyi Gəncə abidəsi ziyarət edilib.