26 fevral tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirakı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar “XX əsrin faciəsi: Xocalı Soyqırımı” adlı anım tədbiri keçirilib.
Tədbir Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov çıxış edərək 1992-ci il fevral ayının 25-indən 26-sına keçən geçə erməni hərbi birləşmələri Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı terror aktı həyata keçirdiyini və bunun XX əsrin ən dəhsətli faciələrindən biri olduğunu qeyd edib. Şahalı Cəlilov həmçinin erməni vandallarının Xocalıda xalqımıza qarşı törətdiyi soyqırım nəticəsində 613 insan vəhşicəsinə öldürüldüyünü, 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulduğunu, 1275 dinc sakininin əsir götürüldüyünü və onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin bütünlüklə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini vurğulayıb.
Qeyd edək ki, tədbirdən sonra BİGA-ın tələblələri Xocalı Abidəsini ziyarət edərək şəhidlərin ruhunu ehtiramla yad ediblər.