Gəncliyə Yardım Fondunun nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət edib. Fondun rəhbər və işçi heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Doç. Dr. Cahit Bağcı ilə bu dəhşətli faciənin 31-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Qeyd edək ki, 26 fevral 1992-ci ildə erməni vəhşiliyi nəticəsində törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.
Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Nümayəndələri Xocalı Abidəsini Ziyarət Edib