Sosial Fəaliyyətlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi “Oyuncağımı Paylaşıram” Çağırışına Qoşulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi “Oyuncağımı Paylaşıram” Çağırışına Qoşulub

19

Qardaş Türkiyədə baş verən və əsrin fəlakəti olaraq adlandırılan zəlzələdə zərər görən ailələrin  uşaqları üçün başladılan “Oyuncağımı Paylaşıram” çağırışına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də qoşulub. İdarə rəisi Raqif Abbasov və nümayəndələri oyuncaqların toplanma məntəqələrindən biri olan Gəncliyə Yardım Fondunda olublar. İdarə tərəfindən toplanan oyuncaqlar təslim edilib və Bakının fərqli rayonlarından da bu çağırışa qoşulmaq istəyən minlərlə insanın olduğunu vurğulanıb.

Qeyd edək ki, “Oyuncağımı Paylaşıram” layihəsində toplanan oyuncaqlar Qardaş Köməyi Platformasına təqdim ediləcək və qardaş Türkiyədə zəlzələdən zərrə görən ailələrə çatdırılacaq.