12 Aprel 2023 tarixində Türkiyə Qızıl Ayının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Sünger bəy Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət zamanı qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Mustafa Sünger bəy də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıblar.
Görüşün sonunda Fond rəhbərliyi tərəfindən “İrfan” jurnalının “Qardaş Köməyi”nə həsr edilən xüsusi buraxılışı qonağa təqdim edilib və xatirə fotosu çəkilib.