İnsani Yardım Türkiyədə Zəlzələdən Əziyyət Çəkənlərə Ərzaq Yardımı Göndərilib

Türkiyədə Zəlzələdən Əziyyət Çəkənlərə Ərzaq Yardımı Göndərilib

8

“Qardaş Köməyi” platforması tərəfindən həyata keçirilən “Bu ramazan qardaş süfrəsində sənin də payın olsun” kompaniyası çərçivəsidə MÜSİAD Azərbaycan və Gəncliyə Yardım Fondu tərəfindən Türkiyədə zəlzələdən əziyyət çəkən 2000 ailə üçün nəzərdə tutulan ərzaq yardımı yola salınıb. Bununla birlikdə Platformanın “Oyuncağımı Paylaşıram” kompaniyası zamanı toplanılan uşaq oyuncaqları da Türkiyəyə göndərilib.

Qeyd edək ki, Ramazan sovqatı Kahramanmaraş Türkoğlu bölgəsindəki Qardaş Köməyi Məhəlləsində qardaşlarımıza çatdırılacaqdır.