Bu gün Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə seminar keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirak etdiyi seminarda Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Axirət inancı və ölüm problemi” mövzusu ilə çıxış edib.
Mövzunun hər zaman aktual və problemli olduğunu qeyd edən f.f.d. Elvüsal Məmmədov gənclərə ölümün həyatın sonu yox, insanın yeni bir həyatının başlayacağını vurğulayıb. O, axirət inansının insana xoşbəxtlik gətirdiyini və bunun dünyada nizamı da qoruduğunu əlavə edib. Seminar daha sonra interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb.
Görüşün sonunda BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.