İnsani Yardım GYF Ehtiyac Sahibi Ailələri Sevindirdi

GYF Ehtiyac Sahibi Ailələri Sevindirdi

17

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Oğuz rayon Xaçmaz kəndində 71 yaşlı Aydın Məmmədovu, Zaqatala rayonunda yaşayan I qrup əlil 54 yaşlı Ülfət Qazıyevi və Bakı şəhər Qaraçuxur qəsəbəsində yaşayan 8 yaşlı Bəsdi Abdullayevanı yaşadığı ünvanda ziyarət ediblər.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələrin müraciəti əsasında onlara əlil arabası təqdim edib və həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailələrin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.