Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı Türkiyənin məşhur Robotzade şirkətinin rəhbəri Ahmet Özaslanın təqdimatında “Gələcəyin Texnologiyası Robotexnika” adlı seminar keçirilib.
Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov əvvəlcə Ahmet Özaslana Akademiyanın məqsədi və fəaliyyətləri barədə ətraflı məlumat verib.
Daha sonra Robotzade şirkətinin rəhbəri Ahmet Özaslan qısaca öz həyathekayəsi, Robotzade şirkətinin qurulması və bu prosesdə yaşadığı hadisələr, qarşılaşdığı çətinliklər, həmçinin Azərbaycanda filalının açılması barədə çıxış edib. Ahmet bəy robotexnikanın daha uzun bir inkişaf yolu keçəcəyini, gələcəkdə insan əməyinin böyük hissəsinin robotlara həvalə edilcəyini, robot texnologiyasının geniş üfüqə malik olduğunu və bu istiqamətə gənclərin təşviq edilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə gələcək robotexnikasız düşünülmə bilinmədiyi üçün gənclər gələcəkdə istifadəçidən çox istehsalçı rolunda çıxış etməlidir.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.